Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun açıqlamasında bildirilib ki, bu səbəbdən “Tvente” mövsümün sonunda müqaviləsi bitən yeddi futbolçu ilə yolları ayıracaq.
Komandadan gedəcək futbolçular qapıçı Filip Bednarrek, müdafiəçilər Diko Koppers, Tim Breykers, Rasmus Benqtsson, yarımmüdafiəçilər Orlando Engelar, Re Miyaiti və hücumçu Andrey Rendladır.
Bir vaxtlar Hollandiya futbolunun nəhənglərindən olan “Tvente” maddi problem səbəbindən əsas komandanın aparıcı futbolçuları ilə müqaviləni uzatmamaq qərarı verib.
Bundan başqa, gənclərdən, qadınlardan ibarət komandanın bəzi üzvlərinin və bir neçə məşqçinin də göndəriləcəyi gözlənilir.
Əlavə edək ki, bu mövsüm maddi öhdəliyi yerinə yetirə bilmədiyi üçün “Tvente”nin üç xalı da silinib.
Hazırda Enshede təmsilçisi Hollandiya çempionatnda səkkizinci yeri tutur.
Milli.Az