İdman
Gimnastlarımız Latviyadan və İspaniyadan iki bürünc medalla geri dönüblər
Bakı, 16 mart,
AZƏRTACLatviyada və İspaniyada bədii gimnastika üzrə beynəlxalq turnirlər başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından
AZƏRTAC-a bildiriblər ki, hər il Riqada keçirilən “Baltic Hoop” yarışı Gülsüm Şəfizadənin çoxnövçülükdə əldə etdiyi bürünc medalla yadda qalıb. Birinciliyi Belarusdan olan gimnast Melitina Stanuta, gümüş medalı isə rusiyalı gimnast İrina Annenkova qazanıb. Digər gimnastımız Zeynep Çelep çoxnövçülük və halqa ilə yarışda 8-ci yerdə qərarlaşıb. Yeniyetmələrdən ibarət qrup komandası 5 topla çıxışlarına görə 4-cü olub.
Barselonada keçirilən beynəlxalq turnirdə iştirak edən Marina Durunda isə gürzlərlə çıxışda üçüncü yerdə qərarlaşıb.