İdman

Futbol üzrə Avropa Liqasının dörddə bir finalının ilk oyunları aprelin 16-da keçiriləcək

Metbuat.az

Bakı, 20 mart,

AZƏRTAC

Martın 20-də UEFA-nın İsveçrənin Neon şəhərində yerləşən mənzil-qərargahında futbol üzrə Avropa Liqasının ¼ final mərhələsinin püşkü atılıb.


AZƏRTAC

xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Avropa Liqasının dörddə bir final oyunları bu cür müəyyənləşib: “Dnepr” (Ukrayna) – “Brügge” (Belçika), “Dinamo Kiyev” (Ukrayna)-“Fiorentina” (İtaliya), “Volsburq” (Almaniya) – “Napoli” (İtaliya), “Sevilya” (İspaniya) - “Zenit” (Rusiya).


İlk matçlar aprelin 16-da, cavab oyunları isə aprelin 23-də keçiriləcək.