İdman

FHN-in Akademiyasının kursantları XII Respublika Universiadasında yüksək nəticələr əldə edib

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

 


“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının kursantları yüksək nəticələr əldə edib.


FHN-in İdman-sağlamlıq Klubundan

AZƏRTAC

-a bildiriblər ki, sərbəst güləş üzrə keçirilən yarışlarda akademiyanın kursantı Fətulla Mustafayev 75 kq çəki dərəcəsində çempion olub, Nurlan Salahov isə 65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.


Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq Klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.