Bakı, 13 mart, AZƏRTAC 
“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən XII Respublika Universiadasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının kursantları yüksək nəticələr əldə edib.
FHN-in İdman-sağlamlıq Klubundan AZƏRTAC-a bildiriblər ki, sərbəst güləş üzrə keçirilən yarışlarda akademiyanın kursantı Fətulla Mustafayev 75 kq çəki dərəcəsində çempion olub, Nurlan Salahov isə 65 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.
Hər iki idmançı yarışlara FHN-in İdman-sağlamlıq Klubunun cüdo müəllimi Rasim Babayevin rəhbərliyi ilə qatılıb.