İdman
Milli.Az
Dieqo Simeone qərarını verdi
“Atletiko” baş məşqçisi
Dieqo Simeoneilə müqavilənin müddətini uzadıb.
Milli.Az
qol.az-a istinadən xəbər verir ki, bu haqda İspaniya qəzetləri məlumat yayıb.
İspaniya mediası yeni müqavilənin 2020-ci ilin iyunun 30-na qədər nəzərdə tutulduğunu yazıb. Müqavilənin maddi tərəfi haqda hələlik xəbər yoxdur.
Klubun rəsmi saytının yaxın vaxtlarda yeni müqavilə ilə bağlı açıqlama yayacağı gözlənilir.
Xatırladaq ki, 44 yaşlı argentinalı mütəxəssis 2011-ci ildən “Atletiko”nun baş məşqçisi işləyir. Onun rəhbərliyi altında Madrid təmsilçisi 2012/13 mövsümündə İspaniya Kuboku, 2013/14 mövsümündə İspaniya çempionu adını qazanıb və Çempionlar Liqasının finalına yüksəlib.
Bu uğurlu göstəricilərdən sonra Simeonenin İngiltərə klublarından birinə keçəcəyi iddia olunurdu.
Milli.Az