“Atletiko” baş məşqçisi Dieqo Simeone ilə müqavilənin müddətini uzadıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda İspaniya qəzetləri məlumat yayıb.

İspaniya mediası yeni müqavilənin 2020-ci ilin iyunun 30-na qədər nəzərdə tutulduğunu yazıb. Müqavilənin maddi tərəfi haqda hələlik xəbər yoxdur.

Klubun rəsmi saytının yaxın vaxtlarda yeni müqavilə ilə bağlı açıqlama yayacağı gözlənilir.

Xatırladaq ki, 44 yaşlı argentinalı mütəxəssis 2011-ci ildən “Atletiko”nun baş məşqçisi işləyir. Onun rəhbərliyi altında Madrid təmsilçisi 2012/13 mövsümündə İspaniya Kuboku, 2013/14 mövsümündə İspaniya çempionu adını qazanıb və Çempionlar Liqasının finalına yüksəlib.

Bu uğurlu göstəricilərdən sonra Simeonenin İngiltərə klublarından birinə keçəcəyi iddia olunurdu.

Milli.Az