İdman

“Cırtdan”lara uduzduq

Metbuat.az

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə iştirak edib.



ANS PRESS-in məlumatına görə, qızlarımız ilk görüşdə Malta millisi ilə üz-üzə gəlib.



Matç rəqiblərimizin minimal hesablı qələbəsilə başa çatıb. “Cırtdan” dövlət təmsilçilərindən Dorian Teuma və İlenia Karabott qapımızı silkələyib. Buna cavab olaraq isə komandamızın yeganə qolunu 70-ci dəqiqədə Jalə Mənsimova vurub.



Qeyd edək ki, bu gün Bəhreynlə, martın 15-də isə Kiprlə qarşılaşacaq.



Mənbə
ANS PRESS