ANS PRESS-in məlumatına görə, qızlarımız ilk görüşdə Malta millisi ilə üz-üzə gəlib.
Matç rəqiblərimizin minimal hesablı qələbəsilə başa çatıb. “Cırtdan” dövlət təmsilçilərindən Dorian Teuma və İlenia Karabott qapımızı silkələyib. Buna cavab olaraq isə komandamızın yeganə qolunu 70-ci dəqiqədə Jalə Mənsimova vurub.
Qeyd edək ki, bu gün Bəhreynlə, martın 15-də isə Kiprlə qarşılaşacaq.
MənbəANS PRESS