İdman

Bu gün Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq

Metbuat.az

Bakı. 20 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin püşkatması UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə Bakı vaxtı ilə saat 15:00-da, Avroliqaya həsr olunmuş hissə isə 1 saat sonra başlanacaq.


Püşk "kor" olacaq, yəni bütün komandalar eyni səbətdə yer alacaq. İlk oyunlar aprelin 14-15-də, cavab qarşılaşması isə aprelin 21-22-də keçiriləcək. Bundan sonra, aprelin 24-də Nyonda yarımfinal mərhələsinin püşkü atılacaq. Final qarşılaşması iyunun 6-da Berlindəki (Almaniya) "Olimpiastadion"da baş tutacaq.


Avropa Liqasında da püşk "kor" olsa da, Rusiya və Ukrayna klubları iki ölkə arasındakı siyasi gərginlik səbəbindən bir-biri ilə qarşılaşa bilməyəcək. 1/4 final mərhələsinin oyunları aprelin 16-da və 23-də, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 24-də keçiriləcək, görüşlər isə mayın 7-də və 14-də baş tutacaq. Varşavadakı (Polşa) Milli Stadionda keçiriləcək final qarşılaşması isə mayın 27-də olacaq.


Çempionlar Liqası Bavariya Almaniya Monako Fransa PSJ Fransa Atletiko Madrid Ispaniya Barselona İspaniya Real Madrid İspaniya Yuventus İtaliya Portu Portuqaliya
Avropa Liqası    Volfsburq  Almaniya Brügge Belçika Sevilya Ispaniya Zenit Rusiya Fiorentina İtaliya Napoli İtaliya Portu Portuqaliya Dnepr Ukrayna Dinamo Ukrayna