Püşk "kor" olacaq, yəni bütün komandalar eyni səbətdə yer alacaq. İlk oyunlar aprelin 14-15-də, cavab qarşılaşması isə aprelin 21-22-də keçiriləcək. Bundan sonra, aprelin 24-də Nyonda yarımfinal mərhələsinin püşkü atılacaq. Final qarşılaşması iyunun 6-da Berlindəki (Almaniya) "Olimpiastadion"da baş tutacaq.
Avropa Liqasında da püşk "kor" olsa da, Rusiya və Ukrayna klubları iki ölkə arasındakı siyasi gərginlik səbəbindən bir-biri ilə qarşılaşa bilməyəcək. 1/4 final mərhələsinin oyunları aprelin 16-da və 23-də, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 24-də keçiriləcək, görüşlər isə mayın 7-də və 14-də baş tutacaq. Varşavadakı (Polşa) Milli Stadionda keçiriləcək final qarşılaşması isə mayın 27-də olacaq.