İdman

Biləsuvarda taekvondo üzrə keçirilən açıq birincilikdə 450-dən çox idmançı mübarizə aparır

Metbuat.az

Biləsuvar, 11 mart, Mahir Babayev,

AZƏRTAC

Birinci Avropa Oyunları və Novruz bayramı münasibətilə Biləsuvarda uşaq və yeniyetmələr arasında taekvondo üzrə açıq birincilik keçirilir.


AZƏRTAC

xəbər verir ki, Biləsuvar Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda respublikanın müxtəlif bölgələrini təmsil edən 20 komanda iştirak edir.


Yarış haqqında məlumat verən rayon gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov qeyd edib ki, birincilik uğrunda üç gün ərzində 450-dən çox idmançı mübarizə aparacaq.


Çıxışlardan sonra yarışlara start verilib.