İdman

""Barselona" və "Real" hücumçumuzla yaxından maraqlanır"

Metbuat.az

“Yuventus”un hücumçusu

Pol Poqba

ya PSJ-dən rəsmi təklif gəlib.



Qol.az

-ın məlumatına görə, bunu yerli mətbuata açıqlamasında Turin klubunun idman direktoru

Pavel Nedved

deyib.



“PSJ-nin bizə rəsmi təklif göndərməsi xəbəri düzdür. Bundan əlavə “Barselona” və “Real” da hücumçumuzla yaxından maraqlanır” - deyə Nedved qeyd edib.



Fransalı futbolçunun meneceri

Mino Roila

keçən həftə açıqlamasında Poqbanın “Real”a keçmək fikrinin olmadığını deyib.



Xatırladaq ki, hazırda zədəli olan futbolçu may ayına qədər meydana çıxa bilməyəcək.



Milli.Az