“Yuventus”un hücumçusu Pol Poqbaya PSJ-dən rəsmi təklif gəlib.

Qol.az-ın məlumatına görə, bunu yerli mətbuata açıqlamasında Turin klubunun idman direktoru Pavel Nedved deyib.

“PSJ-nin bizə rəsmi təklif göndərməsi xəbəri düzdür. Bundan əlavə “Barselona” və “Real” da hücumçumuzla yaxından maraqlanır” - deyə Nedved qeyd edib.

Fransalı futbolçunun meneceri Mino Roila keçən həftə açıqlamasında Poqbanın “Real”a keçmək fikrinin olmadığını deyib.

Xatırladaq ki, hazırda zədəli olan futbolçu may ayına qədər meydana çıxa bilməyəcək.

Milli.Az