İdman

“Baku Fires” boks komandası “Astana Arlans”a məğlub olub

Metbuat.az

Bakı, 22 mart,

AZƏRTAC

Dünya Boks Seriyası (WSB) liqasının 10-cu turunda Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın Çimkənd şəhərində “Astana Arlans” komandası ilə qarşılaşıb.


AZƏRTAC

xəbər verir ki, görüş “Astana Arlans” komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü martın 28-də Polşada “Rafako Hussars Poland” klubuna qarşı keçirəcək.