Bakı, 22 mart, AZƏRTAC
Dünya Boks Seriyası (WSB) liqasının 10-cu turunda Azərbaycanın “Baku Fires” klubu Qazaxıstanın Çimkənd şəhərində “Astana Arlans” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, görüş “Astana Arlans” komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü martın 28-də Polşada “Rafako Hussars Poland” klubuna qarşı keçirəcək.