İdman
Azərbaycanın U-19 komandası Almaniyada iki yoldaşlıq oyunu keçirəcək
Bakı, 4 mart,
AZƏRTACOn doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə martın 14-dən 22-dək Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olacaq.
AFFA-dan
AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesində yığmamızın 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.