Bakı, 4 mart, AZƏRTAC
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə martın 14-dən 22-dək Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olacaq.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, hazırlıq prosesində yığmamızın 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.