İdman
AZƏRTAC
Azərbaycanın U-16 komandası Portuqaliyada sonuncu oyununu keçirib
Bakı, 30 mart,
AZƏRTACOn altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə son oyununu keçirib.
AZƏRTAC
xəbər verir ki, futbolçularımız Portu regionunun yığma komandası ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Fərid Nəbiyev vurub.
Millimiz ilk iki oyunda meydanı məğlub tərk edib.