İdman

Azərbaycanın buzadırmanma üzrə milli komandası dünya çempionatında iştirak edəcək

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

 


Azərbaycanın buzadırmanma üzrə milli komandası martın 6-dan 8-dək Rusiyanın Kirov şəhərində keçiriləcək buzadırmanma üzrə dünya çempionatında iştirak edəcək.


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, çempionatda ölkəmizi federasiyanın yeddi nəfərlik nümayəndə heyəti təmsil edəcək.


Kişilər və qadınlar arasında sürət üzrə üç gün davam edəcək yarışlarda komandamızın üzvləri qüvvələrini sınayacaqlar.