İdman

Azərbaycan U-21 komandası Birləşmiş Ərəb Əmirliklərinin millisinə qalib gəlib

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Futbol üzrə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandasına qalib gəlib.


AFFA-dan

AZƏRTAC

-a bildiriblər ki, qarşılaşma 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.


BƏƏ komandasının qapısından topları Sevinc Cəfərzadə, Natalya Rodelqo, Nigar Cəlilli və Aliyə Vəliyeva keçirib. Bir dəfə isə avtoqol qeydə alınıb.