Bakı, 18 mart, AZƏRTAC
Futbol üzrə 21 yaşadək qızlardan ibarət Azərbaycan yığması Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi beynəlxalq turnirdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandasına qalib gəlib.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, qarşılaşma 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
BƏƏ komandasının qapısından topları Sevinc Cəfərzadə, Natalya Rodelqo, Nigar Cəlilli və Aliyə Vəliyeva keçirib. Bir dəfə isə avtoqol qeydə alınıb.