İdman
AZƏRTAC
Azərbaycan U-16 komandası Portuqaliya yığması ilə qarşılaşıb
Bakı, 28 mart,
AZƏRTACOn altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə ilk oyununu keçirib.
AZƏRTAC
xəbər verir ki, portuqaliyalı həmyaşıdları ilə qarşılaşan futbolçularımız 0:5 hesabı ilə məğlub olublar.
Yığmamızın üzvü Aqşin Hüseynov oyunun 1-ci dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.