İdman
AZƏRTAC
Azərbaycan şahmatçısı Özbəkistanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
Bakı, 10 mart,
AZƏRTACMartın 11-dən 19-dək Özbəkistanın paytaxtı Daşkənddə ölkənin ilk qrossmeysteri Qeorgi Aqzamovun xatirəsinə həsr olunmuş IX beynəlxalq şahmat turniri keçiriləcək.
AZƏRTAC
xəbər verir ki, 9 turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunacaq yarışda Azərbaycanı Eltac Səfərli təmsil edəcək. İdmançımız turnirin üçüncü reytinq favoritidir.
Turnirdə 81 şahmatçı birincilik uğrunda yarışacaq.