İdman

Azərbaycan millisi Portuqaliya yığmasına məğlub olub

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Bakıda 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının elit mərhələsinin ikinci qrupunun oyunları davam edir.


AZƏRTAC

xəbər verir ki, martın 19-da “Bakcell Arena”da Azərbaycan yığması ikinci matçında Portuqaliya millisi ilə qarşılaşıb və millimiz 0:3 hesabı ilə məğlub olub.


Bundan əvvəl isə Xorvatiya və Serbiya yığmaları üz-üzə gəlib. Bu görüşdə Xorvatiya millisi rəqib qapısından üç cavabsız top keçirib.


Qeyd edək ki, millimiz ilk oyunda Xorvatiya futbolçuları ilə qarşılaşıb və rəqibinə 0:4 hesabı ilə məğlub olub.