İdman
AZƏRTAC
Azərbaycan – Malta oyununa bilet satışı davam edir
Bakı, 16 mart,
AZƏRTACFutbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Malta oyununa bilet satışı davam edir.
AZƏRTAC
xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.
Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 manatdır.