Bakı, 16 mart, AZƏRTAC
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Malta oyununa bilet satışı davam edir.
AZƏRTAC xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən “Bakcell” Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.
Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 manatdır.