İdman

“Atletik Bilbao” 5 ildə ilk dəfə “Real Madrid”i məğlub edib

Metbuat.az

Bakı, 7 mart,

AZƏRTAC

Futbol üzrə İspaniya çempionatında “Atletik Bilbao” 5 ildə ilk dəfə “Real Madrid” klubunu məğlub edib.


AZƏRTAC

xəbər verir ki, çempionatın 26-cı turunda baş tutan görüş 1-0 hesabı ilə başa çatıb. Qolu 26-cı dəqiqədə “Atletik Bilbao”nun oyunçusu Arits Aduris vurub. Bu, klubun 2010-cu il yanvarın 16-dan İspaniya çempionatında “Real Madrid” üzərində ilk qələbəsi olub.


Hazırda Madridin “Real” klubu turnir cədvəlində 61 xalla birinci yeri tutur, “Atletik Bilbao” isə 33 xalla 8-ci pillədədir.