Yunanıstan üzərindən keçəcək qaz borusunun tikintisi üzrə Rusiya-Avropa konsorsiumu  2 mlrd avro cəlb etmək niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller bildirib.  

 

“Rusiya-Avropa konsorsiumun qaz borusunun tikintisi üçün lazım olan  2 mlrd avro cəlb edə biləcəyinə heç bir şübhə yoxdur”, deyə o qeyd edib.

 

Miller bir neçə Avropa şirkətinin layihəyə maraq göstərdiyini qeyd edib.

 

“Qazprom” şirkətinin rəhbəri yeni qaz borusunun illik tədarük gücünün 47 mlrd. kubmetr həcmində olacağını qeyd edib: “Layihə Avropa qanunvericiliyinə  uyğun şəkildə reallaşdırılacaq”.