İzmit, 22 aprel, AZƏRTAC
Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyədə keçiriləcək bayram mərasimlərində iştirak etmək məqsədi ilə qardaş ölkəyə 20 prezident gələcək.
Türkiyənin rəsmi mənbələrinin məlumatına görə, qonaqlar arasında 3 parlament sədri, 5 baş nazir, 3 vitse-prezident, bir çox beynəlxalq təşkilatların rəhbərləri, ayrı-ayrı ölkələrdən deputatlar, beynəlxalq mükafatçılar və laureatlar, görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri də olacaq. Bundan başqa, türkiyəli jurnalistlər də daxil olmaqla 35 ölkədən 1400-dən çox media mənsubu bayram mərasimlərinə qatılacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmit