Bakı, 22 aprel, AZƏRTAC
Rusiyanın Yekaterinburq şəhərində “Böyük qələbənin 70 illiyi: tarixi təcrübə və müasir dövrün problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda II Dünya müharibəsi barədə hərbi-tarixi biliklərin dərinləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, dünyada hərbi qarşıdurmaların alovlanmasının qarşısının alınması məsələlərinə dair fikir mübadiləsi aparılacaq.
Milli Məclisin deputatı Mixail Zabelin konfransda iştirak etmək üçün aprelin 22-dən 25-dək Yekaterinburqda səfərdə olacaq.
Səfər çərçivəsində deputat Sverdlovsk vilayətinin rəhbərliyi, bu bölgədəki Azərbaycan diasporunun fəalları ilə də görüşəcək.