Asiya Çempionlar Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, "Traktorsazi" doğma meydanda Özbəkistanın "Nəfəs" klubunu qəbul edib.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 52-ci dəqiqədə Mehdi Kiani açsa da, "Traktorsazi" üstünlüyünü qoruya bilməyib.
Qeyd edək ki, "Traktorsazi" 5 turdan sonra 4 хalla qrupda son pilləni tutur. Təbriz klubu qrupdakı son oyununu mayın 5-də Dubayda "Əl Əhli"yə qarşı keçirəcək.
Fanat.az