"ShamkirChess2015" turnirində 5-ci tur sabiq dünya çempionu rusiyalı qrossmeyster Vladimir Kramnikin məğlubiyyəti ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə keçirilən yarışın hesabat turunda azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov ağ fiqurlarla inamlı qələbə qazanıb. 6 saat 35 dəqiqə davam edən görüşün sonunda Kramnik məğlubiyyətlə razılaşıb.

Qeyd edək ki, Vladimir Kramnik məğlubiyyətdən sonra mətbuat konfransına gəlməyib. Rusiyalı sabiq dünya çempionu Heydər Əliyev Mərkəzindən birbaşa otelə yollanıb. Mətbuat konfransında yalnız Şəhriyar Məmmədyarov iştirak edib.

Milli.Az