Serjin böyük arzusu puça çıxır (VİDEO)
Ermənistanın 24 apreldə keçirəcəyi qondarma soyqırım tədbirlərində cəmi 4 ölkənin prezidenti iştirakı edəcək. Rusiya prezidenti Vladimir Putin İrəvana gəlir, lakin Moskvada ermənilərin aksiya keçirməsinə icazə verilmədi. Soçidə isə qondarma soyqırım bannerləri sökülüb.
Fransa prezidenti Fransua Ollandın həmin tarixdə İrəvanda olacağı dəqiqləşib. Serbiya prezidenti Tomislav Nikoliç və Cənubi Kiprin rəhbəri Nikol Anastasiadisın da İrəvana səfəri gözlənilir. Sonuncunu böyük nümayəndə heyəti müşayiət edəcək.
Almaniya prezidenti Berlində ermənilərin təşkil edəcəyi anım tədbirinə qatılacağından İrəvana gələ bilmir. Bu arada Almaniya Federal Parlamenti Avropa Parlamentinin aprelin 15-də qəbul etdiyi qərarı müzakirəyə çıxaracaq. Avstraliya, Böyük Britaniya kimi böyük dövlətlər bu mərasimi rədd ediblər.
Erməni mətbuatı yazır ki, Çexiya prezidenti Miloş Zemanın Vatikanda görüşü olmasaydı, İrəvana mütləq gələrdi. Ümumiyyətlə, bu cür təsəlliverici fikirlər tez-tez səsləndirilir. Rəsmi şəxslərin dilindən giley-güzar da edilir.
Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib ki, əgər Ermənistan Avrasiya İttifaqının üzvüdürsə, 24 apreldə Rusiya kimi, Belarus və Qazaxıstan prezidentləri də İrəvanda olmalıdırlar.
Bu arada Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistana getməmək barədə qərar verərək erməniləri məyus edib.
Əlbəttə Türkiyə prezidentinin Qazaxıstana səfərindən sonra, bu ağlabatan görünmürdü.
Politoloqlar hesab edir ki, Ermənistanın uzun müddət dəridən qabıqdan çıxmasının bir mənası olmadı. Bu siyasət müəyyən mənada iflasa uğradı. Rusiya və Fransa prezidentlərinin İrəvana gəlməsi gözlənilən idi. Çünki, hər iki ölkə Ermənistana yaxın münasibətilə seçilir. Hər iki həmsədr dövlət Azərbaycanla münasibətləri də möhkəmləndirməkdə maraqlıdır.
Son vaxtlar Rusiya ilə Azərbaycanın əlaqələrində yaxınlaşma müşahidə olunur. Eyni zamanda Fransua Ollandın İrəvandan dərhal sonra Azərbaycana səfəri təsadüfi deyil.
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, İrəvanın ümidləri müəyyən mənada puça çıxıb: “Bir çox dövlətlərin başçılarını dəvət edən İrəvan problemlə üzləşir, dəvət etdiyi prezidentlərin cəmi 4-ü gəlir. Çünki, biz yaddan çıxarmamalıyıq ki, bu konteksdə rəsmi Ankara da öz sözünü deyir”.
Türkiyə 24 apreldə Çanaqqala zəfərinin 100 illiyini qeyd edəcək. Bu tədbirlərə də bir neçə ölkənin prezidenti və rəsmiləri qatılacaq.
Mənbə
ANS TV: İlkin Kərimov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33