Türkiyənin Manisa şəhərində Demet Akalının konsertindən öncə bomba həyəcanı yaşanıb.

Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, məktəbli bir uşağın çantasını qoyub getməsi konsertin baş verəcəyi meydanda qorxulu anlara səbəb olub. Festival çərçivəsinə müğənninin səhnəyə çıxmasını gözləyən sevənləri çantanın sahibinin tapılmasından sonra sakitləşiblər.

Təxmini 45 dəqiqə davam edən araşdırmadan sonra izdiham D.Akalının səhnəyə çıxması üçün yenidən meydana toplaşıb.