Türkiyənin Bodrum şəhərində yaşayan məşhur aktrisa Fatma Girik birlikdə yaşadığı Məmduh Ünü xəstəxanada ziyarətə gedərkən yol qəzası keçirib.
 
Milli.Az axar.az-a istinadən bildirir ki, Ortakənd yol qovşağında meydana gələn yol qəzasında 3 avtomobil toqquşub.
 
Qəza haqqında danışan aktrisa belə deyib:
 
“Öndəki avtomobil dayananda mən də dayandım. Arxadan gələn avtomobil mənə çırpıldı, mənim avtomobilim də zərbənin gücündən qarşımdakı avtomobilə çırpıldı. Qolumda və boynumda bir az ağrı var, xəstəxanaya gedib müayinə olunacağam”.
 
Sürücülər qəza barədə polisə məlumat veriləndən sonra qucaqlaşaraq ayrılıblar.

Milli.Az