“Bakı-2015” Avropa Oyunlarında yarışacaq niderlandlı velosipedçilərin adları açıqlanıb
Bakı, 21 aprel, AZƏRTAC
Velosiped üzrə Niderland milli komandasının məşqçisi Johan Lammerts “Bakı-2015” ilk Avropa Oyunlarında velosiped idmanının şosse növündə yarışacaq 12 idmançının adını açıqlayıb.
AZƏRTAC “Bakı-2015”in saytına istinadla xəbər verir ki, qadınlardan ibarət komandanın əsas ulduzu olan Olimpiya çempionu (2012-ci il) Marianne Vos şosse velosipedi yarışı üzrə üç dəfə dünya və iki dəfə Avropa birinciliyinin qalibi olub. Digər beş qadın velosipedçi - Çantal Blaak, Lusinda Brand, Anna van der Breqqan, Ellen van Diyk və Annemiek van Vleutendir. E.Diyk və A.Vleuten “Bakı-2015”də şosse velosipedi yarışında mübarizə aparacaqlar. İki dəfə Avropa çempionu olan 28 yaşlı E.Diyk 2013-cü ildə dünya birincisi olub.
Kişilərdən ibarət komanda da Azərbaycanda güclü heyətlə təmsil olunacaq. Heyətə şose velosipedi üzrə iki dəfə dünya çempionu və 2014-cü il “Paris-Raubaix Monument” yürüşünün qalibi olan Niki Terpstra daxildir. N.Terpstra “Flandriya” turunda ikinci yerlə kifayətlənmişdi. N.Terpstradan başqa, yarışda Matyu van der Poel, Pim Liqthart, Vouter Vippert və Nik van der Liyke və Stef Klement də mübarizə aparacaqlar.
Məşqçi J.Lammerts bildirib ki, Avropa Oyunları “Rio 2016” Yay Olimpiya Oyunlarına yaxşı hazırlıq yarışlarıdır. Biz həm qadınlardan, həm də kişilərdən ibarət komanda ilə Bakıya gedirik.
Niderland komandasının “Bakı-2015” üçün şef-demissionu Jeroen Bijl komandanın tərkibindən məmnunluğunu bildirərək deyib: “Hər iki komanda çox güclüdür. Bu, idmançıların və məşqçilərin Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını göstərir”.
Niderlandın Milli Olimpiya Komitəsi Bakıda velosipedin BMX növündə yarışacaq idmançıların adlarını yaxın günlərdə açıqlayacaq. Dağ velosipedi üzrə mübarizədə isə indiyədək Miçiel van der Heijden təsdiqlənib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33