Damira Niyazalieva: Azərbaycan-Qırğızıstan münasibətləri daim inkişaf edir
Bişkek, 21 aprel, AZƏRTAC
Azərbaycan və Qırğızıstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daim inkişaf edir.
Qırğızıstan Baş nazirinin müavini Damira Niyazalieva bu sözləri Azərbaycanın Bişkekdəki səfiri Hidayət Orucov ilə görüşündə deyib. Baş nazirin müavini ölkələrimiz arasında əlaqələrin inkişafında, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində qırğız tərəfinin maraqlı olduğunu, əlaqələrin bundan sonra da genişlənməkdə davam edəcəyinə əminliyini bildirib. Azərbaycanın son illərdə siyasi, iqtisadi və digər sahələrdə qazandığı uğurları diqqətlə izlədiyini deyən D.Niyazalieva Qırğızıstanın Bakıda səfirliyinin açılmasını yüksək qiymətləndirib.
Səfir H.Orucov bildirib ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir və bu xətt dövlət başçıları İlham Əliyevin və Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir. Vurğulayıb ki, 2014-cü ildə Qırğızıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 2013-cü illə müqayisədə 1,5 dəfə artıb.
Diplomat qeyd edib ki, son vaxtlar humanitar sahədə də əməkdaşlıq uğurla inkişaf edir, ötən iki il ərzində həm Bişkekdə, həm də Bakıda çoxlu mühüm tədbirlər keçirilib.
Görüşdə gələn il Azərbaycanın Qırğızstanda, Qırğızstanın isə Azərbaycanda ilk dəfə mədəniyyət günlərinin keçirilməsi məsələlərı müzakirə edilib. Bildirilib ki, bu tədbirlər iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdıracaq. D.Niyazəliyeva mədəniyyət günlərinin keçirilməsini təqdir edib, bunun üçün ciddi hazırlaşmağın vacibliyini vurğulayıb.
H.Orucov bu ilin iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları haqqında danışıb, ölkəmizin artıq bu Oyunlara hazır olduğunu qeyd edib. O, həmçinin aprelin 28-30-da Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumu və mayın 18-19-da təşkil ediləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Qırğızstandan nümayəndələrin iştirak edəcəyi haqqında məlumat verib.
Baş nazirin müavini Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirib və bu tədbirlərin uğurla keçirilməsini arzulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33