Milli.Az 4charx.com-a istinadən bildirir ki, universitet rəhbərliyinin açıqlamasında Türkiyədə ilk dəfə,dünyada isə cəmi bir neçə nümunəsi ola biləcək “tavanına günəş panelləri döşənmiş” avtobus layihəsinin tamamlandığı qeyd edilir.
Açıqlamada bildirilir ki, adı çəkilən layihə ilə avtobusa inteqrasiya edilmiş günəş panelləri avtobusun əlavə kondisioneri başda olmaqla səsli və görüntülü sistemlərini, kabelsiz internetini, soyuq-isti su bloklarını, işıqlandırmalarını və mühərrikin akumulyatorunun ehtiyacı olan elektriki istehsal edir.
Avtobusun 12 kv. metrlik tavanı 360 günəş hücrəsinin əmələ gətirdiyi 24 günəş paneli ilə qapadılıb. Bu sistem saatda 1,4 kilovatt elektrik istehsal edir. Artıq enerji depolanaraq saxlanır və ehtiyac olduqda avtobusda kondisinerin işləməsinə sərf edilir.
Milli.Az


