Avropa Şurasının baş katibi azərbaycanlı girovlarla bağı vəziyyətin onu narahat etdiyini deyib
Strasburq, 21 aprel, AZƏRTAC
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı sualına cavabında bu məsələnin onu narahat etdiyini deyib.
Q.Paşayeva baş katib T.Yaqlandı azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb: “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkənin tanımadığı və rəsmi Yerevanın dəstəklədiyi rejim tərəfindən bir neçə ay əvvəl girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normalar pozularaq insanlıqdan kənar əməllər həyata keçirilib. Bu günə qədər bütün beynəlxalq çağırışlara baxmayaraq onlar hələ də girov saxlanılırlar. Onların ailələri sizdən dəstək gözləyir və girovların azad olunması istiqamətində addımlar atmağa çağırırlar. Girovların azadlığa çıxması üçün baş katib kimi hansı addımlar ata bilərsiniz və hər hansı addım atmağı düşünürsünüzmü?
Baş katib suala cavabında deyib: “Qeyd etdiyiniz bu məsələ ilə bağlı vəziyyətin gedişini diqqətlə izləyirəm və bu problem məni xüsusilə narahat edir. Şəxsən mən bu məsələdə nə edə bilərəm? Mən indi bununla bağlı nə edə biləcəyimi sizə desəm, çox guman ki, bir nəticə verməz. Amma mən bir şeydə sizi əmin edə bilərəm ki, bu məsələni çox yaxından izləyirəm və vəziyyətin haradasa müsbət bir tərəfə dəyişməsinə çalışıram”.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25