Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Ə.Qarayev ölkə rəhbərliyinin salamlarını baş direktora çatdiraraq UNESCO-nun Forumun rəsmi tərəfdaşı kimi mədəniyyətlərarası dialoq üçün həyata keçirilən fəaliyyətlərə yüksək dəstəyinə görə təşəkkürünü bildirib.
Forumu müasir dünyada artan gərginlik fonunda beynəlxalq qurumları və dünya ölkələrini öz ətrafında birləşdirən unikal bir platforma kimi dəyərləndirən İ.Bokova Azərbaycanın bu prosesdə fəal mövqeyinin nümunəvi olduğunu söyləyib.
Görüş zamanı Azərbaycan ilə UNESCO arasındakı münasibətlərin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələri və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.
Görüşdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov da iştirak edib.

