"Yuventus" "Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq uğrunda mübarizəyə qoşulub.

Metbuat.az "The Sun"a istinadən xəbər verir ki, "Qoca Sinyora" ingilis futbolçuya görə klubuna 70 milyon avro ödəməyə hazırdı. "Mançester Sit" daha öncə "Liverpul"a 30 milyon funt təklif etmişdi. Adlarını sadaladığım klublarla yanaşı, "Arsenal", "Çelsi" və "Mançester Yunayted" də Sterlinqi heyətində görmək istəyir.

Cari mövsümdə Premyer Liqada 30 matçda meydana çıxan yarımmüdafiəçinin aktivində 7 qol, 7 məhsuldar ötürmə var.