Bakı. 21 aprel. REPORT.AZ/ Yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar bəzi ərazilərdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Report” “Azərsu” ASC-yə istinadən məluamt verir ki, suyun verilməsində məhdudiyyət aprelin 22-i, saat 08:00-dan 23:00-dək Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə, Yeni Biləcəri yaşayış sahəsində olacaq.