Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Milli Konservatoriyasında musiqiçi, konsertmeyster, konservatoriyanın müəllimi Mahirə Əliyevanın müəllif konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, “Xəyallar içində” adlı gecədə musiqiçinin həyat və yaradıcılığı, bəstələdiyi musiqilər, şeirlər və təsviri sənət nümunələri, Azərbaycan bəstəkarlarının əsərlərinin xalq çalğı alətləri üçün işləmələri təqdim edilib.
Tədbirdə Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi M.Əliyevanın təhsil ocağındakı fəaliyyətini yüksək qiymətləndirərək ona işlərində uğurlar arzulayıb.
Müəllif gecəyə qatılan hər kəsə təşəkkürünü bildirib.
Konsert proqramında gənc ifaçılar müəllifin instrumental əsərlərini səsləndiriblər.