Qusarda xalq şairi, tanınmış dramaturq Bəxtiyar Vahabzadənin yaradıcılıq gecəsi keçirilib
Qusar, 21 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 21-də Qusardakı Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq şairi, tanınmış dramaturq Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində çıxış edənlər tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, professor Bəxtiyar Vahabzadənin yaradıcılığından geniş söz açıblar. Bildirilib ki, B.Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb.
Diqqətə çatdırılıb ki, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş edən xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı da tanınmış ədəbiyyatşünas və ictimai xadimə verilən yüksək qiymətin bariz nümunəsidir. Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə Qusar rayonunda bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Yaradıcılıq gecəsinin iştirakçıları şairin həyat və yaradıcılığından bəhs edən filmə baxıblar.
Tədbirdə B.Vahabzadənin sevilən əsərlərindən nümunələr səsləndirilib, Qusar şəhər 5 nömrəli və Çiləgir kənd tam orta məktəblərinin şagirdlərinin ifasında “Gülüstan” və “Muğam” poemalarından parçalar nümayiş etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33