[ 21 Aprel 2015 17:09 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Mobil nömrə daşınması xidməti üzrə cari ilin birinci rübündə 3 786 ədəd mobil nömrə daşınıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda, mobil cihazların qeydiyyat sistemində isə 201 mindən çox mobil cihaz qeydiyyata alınıb.
Bu dövr ərzində müxtəlif tipli avadanlıqların mülki dövriyyəsinə 78 ədəd, müxtəlif tipli telekommunikasiya vasitələri və qurğularına 335 ədəd "Uyğunluq sertifikatı" verilib.
Rüb ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 1 dövlət informasiya ehtiyatı və 6 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb və nəticədə qeydiyyata alınan informasiya ehtiyatlarının sayı 79-a, informasiya sistemlərinin sayı isə 159-a çatıb.