Aİ Rusiya-Macarıstan atom layihəsinə “yaşıl işıq” yandırıb
Budapeşt, 21 aprel, AZƏRTAC
Frans Press Agentliyi Macarıstanın Baş naziri Yanoş Lazarın dəftərxanasına istinadla xəbər verir ki, Avropa İttifaqı Macarıstanın “Pakş” atom elektrik stansiyasında iki nüvə reaktorunun Rusiya texnologiyası ilə tikintisinə razılıq verib. Avropa atom enerjisi üzrə təşkilatı “Euroatom” həmin reaktorların 10 il ərzində Rusiyanın nüvə yanacağı ilə təchiz edilməsi barədə müqaviləni təsdiq edib.
İlk başdan Rusiyanın yeni reaktorları 20 il ərzində yanacaqla təchiz edəcəyi planlaşdırılmışdı. Lazarın sözlərinə görə, Brüsselin “yaşıl işığı” Rusiya-Macarıstan layihəsinin həyata keçirilməsində mühüm məqamdır, çünki Avropa Komissiyasının bu razılaşma ilə bağlı şübhələrini bildirməyə davam edəcəyi gözlənilirdi.
TASS Aİ-dəki mənbəyə istinadla xəbər verir ki, “Euroatom”un etirazlarından sonra Rusiya yanacağı ilə təchizat müddəti azaldılaraq, 20 ildən 10 ilə çatdırılıb. Rusiya agentliyi daha sonra qeyd edir ki, Avropa Komissiyası hələ bu layihəni rəsmi şəkildə təsdiq etməlidir.
Xatırladaq ki, “Financial Times” qəzetinin daha əvvəl yazdığına görə, Avropa Komissiyası texniki və maliyyə detalları ilə bağlı etirazlar üzündən Budapeşt razılaşmasını blokadaya alıb. Sonralar Brüssel bu informasiyanı təkzib edərək bildirib ki, bütövlükdə layihə üzərinə veto qoyulmayıb. Sonra Avropa Komissiyasından bildiriblər ki, etirazlar yalnız istilikayıran elementlərin təchizatı barədə müqavilə ilə bağlı olub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Pambıqdan yüngül planet kəşf edildi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08