7 uşaq anası sosial müavinət ala bilmir. ANS TV-nin məlumatına görə, Səbinə Muradova Suraxanı rayonu, Zığ bağlarında məskunlaşıb. Əvvəllər çoxuşaqlı ailə olduğu üçün 230 manat məbləğində müavinat alıb. Amma son 4 aydır ki, edilən yardım dayandırılıb.

S.Muradova bildirilib ki, Xətai rayonunda qeydiyyatda olduğu üçün sənədlərilə birlikdə ora müraciət etməlidir. O, da lazımı sənədləri toplayıb yollanıb quruma. Amma orada bildiriblər ki, sənədlər araşdırılana qədər edilən yardım dayandırılacaq. Lakin bu zamandan 4 ay keçsə də, onlara hələ bir məlumat verilmir.

Şikayətçinin sözlərinə görə, əvvələr sosial müavinat Suraxanı rayonundan alıb. Sonra qeydiyyatdan çıxarıb və Xətai rayonuna salınıb. Bir neçə dəfə sənədləri Xətai rayonuna təqdim etsə də, qəbul edilməyib. "Sonradan sənədləri Xətai rayonu qəbul etdi. Və mənə bildirildi ki, az miqdarda sosial müavinat ayıracaq. Ancaq ayrılacaq məbləğlə bağlı heç bir məlumat verilmir".

Məsələ ilə bağlı Xətai rayonu Sosial Müdafiə Mərkəzinin baş mühasibi Taleh Qasımov ANS-ə açıqlamasında deyib ki, vətəndaşın problemilə yaxından tanışdır. Onun müraciəti isə xanımın söylədiyi kimi 4 ay bundan qabaq deyil, aprel ayının 16-da daxil olub.

Hazırda onun sənədlərinin yoxlanılması prossesi gedir.Yaxın 10 gündə komissiya keçiriləcək və verilən qərar vətəndaşa bildiriləcək.
Bu zaman vətəndaşın ailə vəziyyəti nəzərə alınacaq və düzgün qərər qəbul ediləcək.

Mənbə
ANS-TV