“E-Gov 3.0” mərhələsinə start verilib
Hesabat dövründə “Elektron hökumət” portalına 13 yeni e-xidmət inteqrasiya olunub, portalda olan xidmətlərin sayı 411-ə çatıb və bundan 332-si Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xidmətlərdəndir.
“Elektron hökumət” portalına 47 dövlət qurumu fiziki olaraq qoşulub. 2015-ci ilin I rübü ərzində “Elektron hökumət” portalına daxil olan istifadəçilərin sayı 248 728 artaraq 1 452 488 nəfərə çatıb və elektron xidmətlərə müraciət sayı 8 608 138 nəfər olub. “Elektron hökumət” portalı vasitəsilə e-arayışların verilməsinə başlanılıb və rüb ərzində 32 461 vətəndaş 58 233 dəfə e-arayış əldə edib.
Eyni zamanda, əhalinin e-hökumət portalına daxil olması prosesinin sadələşdirilməsi məqsədilə yeni proqram təminatları yazılıb və bir sıra yeniliklər tətbiq edilməyə başlanılıb.
Cari ilin əvvəlində Açıq Hökumət Məlumatları portalının təqdimat mərasimi keçirilib və “e-Gov 3.0” mərhələsinə start verilib.
Hazırda portalda Ədliyyə Nazirliyi, RYTN, Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi və “Azərsu” ASC-yə məxsus 17 açıq hökumət məlumatları yerləşdirilib.
“Koreya Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanmış Qrant razılaşması”na əsasən, Azərbaycanda elektron hökumət üçün təlim mərkəzi yaradılıb və cari ilin 6 fevral tarixində açılış mərasimi keçirilib.
Habelə Mərkəzin qeydiyyata alınması məqsədilə Nazirlər Kabinetinə “Elektron Hökumət Təlim-Tədris Mərkəzi” MMC-nin yaradılmasına dair müvafiq sənədlərlə müraciət olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28