"Yuventus" "Zenit"in yarımmüdafiəçisi Aksel Vitselə elçi düşüb.
Metbuat.az "Sky Sports"a istinadən xəbər verir ki, Turin klubu "Zenit"ə 18 milyon avro təklif edib. Ancaq Sankt-Peterburq təmsilçisi bu təklifi geri çevirib. "Zenit" 30 milyon avro tələb edir. Danışıqların davam etməsi istisna olunmur.
Cari mövsümdə 34 matçda meydana çıxan Vitselin aktivində 5 qol var.